Siyasət

“20 iyul görüşündə Zəngəzur dəhlizi müzakirə ediləcək” – Putin və Əliyev razılığa gələ biləcəkmi?

“20 iyul görüşündə Zəngəzur dəhlizi müzakirə ediləcək” – Putin və Əliyev razılığa gələ biləcəkmi?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Rusiya prezidentlərinin görüşündən sonra bölgədə irəliləyişlər görəcəyik”.

7Times.az xəbər verir ki, bunu politoloq Elman Vəliyev deyib. Politoloq Rusiyanın Qərb ölkələrinin Qafqaza müdaxiləsindən narahat olduğunu bildirib:

“İyulun 20-sində Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında görüş olacaq. Moskva görüşündə 10 Noyabr, 11 Yanvar bəyanatları yenidən gözdən keçiriləcək. Rusiya da narahatdır ki, Qərb bölgədə üstünlük əldə etməyə çalışır, tərəflər arasındakı gərginlikləri yatırmağı öz üzərinə götüməyə səy göstərir. Bölgədə sülhü qoruduğunu bəyan edən dövlət məhz Rusiyadır. Qərb bu missiyanı öz üzərinə götürsə və missiya uğurlu alınsa Rusiyanın planları alt-üst ola bilər”.

Politoloqun sözlərinə görə müzakirələrdə Zəngəzur məsələsi də öz əksini tapacaq və Azərbaycanın lehinə olan addımlar atılacaq:

“Ehtimal edirəm ki, Zəngəzur dəhlizi də bu müzakirələrdə əsas yer alacaq. Ermənistan ona verilən şansları düzgün dəyərləndirə bilmir. Azərbaycan tərəfini güc tətbiq etməyə təhrik edir. Moskva görüşündən sonra bölgədə irəliləyişlər görə bilərik. Yəni, bu irəliləyişlər Azərbaycanın lehinə olacaq”.