“Vağzalı” filmindən nə qonorar almışdımsa, Qubada xərclədim. Çəkilişlər orda getdi, orda da pulu xərclədim. Az idi, bir az narazıçılığım oldu. 3 il əvvəl başımı aldadıb çəkdilər”.
Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov “Deməsəm olmaz” verilişinə açıqlamasında deyib. Elcan bildirib ki, həmkarları yaradıcılıqlarına fasilə verməlidir:
“Hər şey adiləşib, yeniliklər etmək lazımdır. Dayanmaq lazımdır. Mən dayandım, həmkarlarda başlayıb. Durub, sıfırdan düşünüb başqa səmtə doğru hərəkət etmək lazımdır. Bu günə kimi gəldiyimiz yol var idi, müəyyən yumor təqdim edirdik. Dünyada hər şey dəyişir, biz də dəyişməliyik. Bütün yayboyu düşünmək, sentyabrda yenilik etmək lazımdır”.
Elcan TikTok-da qazandığı məbləği açıqlayıb:
“TikTok-da qazandığımı orada da xərcləyirəm. Başımı qatıram. Günə 50 dollar civarında qazanıram. Həftənin üç-dörd günü girirəm”.
Aktyor əlavə edib ki, hazırda bu sənətə yiyələnmək çox rahat olub:
“Komanda inkişaf edirsə, gərək hamı inkişaf etsin. Aktyor, aktrisalar yetişir. Əvvəl aktyor olmaq üçün beşinci, altıncı sinifdən çalışmaq lazım idi. İndi 2 min manata istənilən adam aktyor olur. Bir telefon alır, özünü çəkir, ən pis şey də tutur, baxılır”.
Follow @7timesaz