Ölkə

2023-cü ildə onları itirdik… – FOTOLAR

2023-cü ildə onları itirdik… – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün sonra 2023-cü ili yola salıb, 2024-cü ilə daxil olacağıq. Bu il Azərbaycan ictimai-siyasi, eləcə də mədəniyyət sahəsində xeyli uğurlar qazanıb. Lakin itirdiyimiz məşhurlar da oldu.

 

Modern.az bu il itirdiyimiz məşhurlarla bağlı araşdırma aparıb.

 

Tünzalə Əliyeva

 

“Toppuş bacı” kimi tanınan aktrisa, Azərbaycanın Əməkdar artisti Tünzalə Əliyeva uzun çəkən xəstəlikdən sonra yanvar ayının 22-də 49 yaşında dünyasını dəyişib. Aktrisa “Kişiləri qoruyun”, “Yoxlama”, “Qocalar” və sairə bədii filmlərdə, həmçinin məşhur “3 bacı”, “Qız atası”, “Qardaşlar” kimi seriallarda sevilən obrazlar yaradıb.

 

 

Müğənni Zeynəb Dostəliyeva

 

Xalq artisti Nazpəri Dostəliyevanın bacısı olan Zeynəb Dostəliyeva 5 fevral 2023-cü ildə qaraciyər serrozundan dünyasını dəyişib.

 

Əməkdar artist, “Qaya” dövlət ansamblının direktoru Rüfət Babayev

 

“Qaya” dövlət ansamblının direktoru Rüfət Babayev də fevralda dünyasını dəyişib. O, fevralın 19-da Moskvada ürəktutmadan dünyasını dəyişib.

Ramiz Novruz.

 

Xalq artisti, teatr və kino aktyoru Ramiz Novruz uzun çəkən xəstəlikdən sonra 2023-cü ilin fevral ayının 20-də vəfat edib. Ramiz Novruz “Sizi dünyalar qədər sevirdim”, “Qorxma, mən səninləyəm”, “Topal Teymur”, “Nizami”, “Cavid ömrü”, “Cavad xan” və sairə bədii filmlərdə, “Pərvanələrin rəqsi”, “Vicdan haqqı” teleseriallarında unudulmaz obrazlar yaradıb. Qeyd edək ki, o, 2018-ci ildən Prezident təqaüdçüsü idi.

 

Jurnalist Ellada Mustafayeva

 

Ellada Mustafayeva uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva fevralın 28-də vəfat edib.

İlahiyyatçı Hacı Şahin Həsənli

 

Azərbaycanın tanınmış ilahiyyatçısı Hacı Şahin Həsənli martın 2-də 48 yaşında dünyasını dəyişib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsinin ölüm səbəbi infarkt olub. İlahiyyatçı Yasamal qəbiristanlığında dəfn olunub.

Oqtay Əliyev

 

Televiziya prodüseri, rejissor Oktay Əliyev 22 mart 2023-cü ildə 54 yaşında yol qəzasında həlak olub. Oqtay Əliyevin idarə etdiyi “Lexus Lx470” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində Oqtay Əliyev dünyasını dəyişib, avtomobildə olan Xalq artisti Mehriban Zəki və Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıblar. Qeyd edək ki, Oktay Əliyev 2020-ci ildə “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdü.

 

Xalq artisti İranə Tağızadə

 

Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə 9 aprel tarixində 65 yaşında ürəktutmasından vəfat edib.

Xalq artisti Azərpaşa Nemətov

 

Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru AzərPaşa Nemətov 9 aprel 2023-cü ildə 75 yaşında vəfat edib. O, İkinci Fəxri Xiyabanda dəfn edilib.

Aftandil İsrafilov

 

Məhşur qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilov aprelin 29-da səhhətində yaranan problemlər səbəbilə yerləşdirildiyi xəstəxanada vəfat edib. Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb. O, 2003-cü ildən Prezident təqaüdçüsü idi.

Tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımov

 

May ayınını 29-da Elxan Məmməd oğlu Qasımov səhhətində yaranan problem səbəbindən vəfat edib.”Əhməd Haradadır” filmindəki rolu ilə yaddaşlara həkk olub.

Zülfüqar Hüseynzadə

Moderator.az saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə də bu il qəfil dünyasını dəyişmiş tanınmışlardan biridir. Qeyd edək ki, 52 yaşlı jurnalist iyunun 17-də doğma yurdu, Kəlbəcərin Başlıbel kəndinə gedib, gecəni orada keçirib. Səhərə yaxın onun səhhəti qəfil pisləşib və ürəktutmasından vəfat edib.

Qeyd edək ki, Başlıbeli kəndinin digər sakinləri kimi Zülfüqar Hüseynzadə də erməni vəhşiliyinin əziyyətini çəkib. Başlıbeli qətliamında ermənilər onun da yaxınlarını qətlə yetiriblər. Uzun illər o, çətin, ağrılı məcburi köçkün həyatı yaşayıb.  Kəlbəcər işğaldan azad edildikdən sonra tez-tez ora səfər edir, Başlıbelidə yaxınlarının məzarlarını ziyarət edirdi. Onun qəfil vəfatı ölkə mediasını dərin sarsıtmışdı.

Deputat Madər Musayev

 

İyulun 14-də Milli Məclisin deputatı Madər Musayev 75 yaşında qəfil ürəktutmasından vəfat edib.

Natəvan Babayeva

 

Tanınmış jurnalist, televiziya aparıcısı Natəvan Babayeva isə iyulun 20-də uzun sürən xəstəlikdən sonra 45 yaşında dünyasını dəyişib.

Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynov

 

Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynov 31 iyul 2023-cü ildə 64 yaşında İstanbulda vəfat edib.

 

Azərbaycan Prezidenti Heydər Əliyev oktyabrın 4-də axşam milli televiziya və radio ilə xalqa müraciət etdi, yaranmış təhlükəli vəziyyət barədə məlumat verdi, dövlətçiliyi və müstəqilliyi qorumağa çağırdı. Az bir vaxtda Prezident Aparatının qarşısına yüz minlərlə adam yığışdı. Həmin gecə bölgələrdən paytaxta minik avtomobilləri ilə, avtobuslarla insanlar Prezidentlə bir yerdə olmağa gəldi. Prezident sarayı qarşısında isə Bakı zəhmətkeşlərinin mitinqi gedirdi, hərbçilər, ziyalılar, əmək adamları bir-birinin ardınca tribunaya qalxıb olayı törədənlərə nifrət yağdırır, Prezidenti müdafiə etdiklərini bildirirdilər. Bu mitinqdən sonra oktyabrın 5-də Azadlıq meydanında ümumrespublika mitinqi də oldu.

 

Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırıldı.

 

1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

Jurnalist Mübariz Əhmədov

 

1999-cu ildən Rusiyanın Vladivostok şəhərində nəşr olunan “Azərbaycan” qəzetinin təsisçisi və ilk baş redaktoru, jurnalist Mübariz Əhmədov sentyabrın 13-də 54 yaşında ürək tutmasından vəfat edib.

Aktrisa, rəssam Alagöz Salahova

 

Xalq rəssamı Tahir Salahovun qızı rəssam Alagöz Salahova 19 sentyabr 2023-cü il tarixində 70 yaşında vəfat edib. O, uzun müddət xəstəlikdən əziyyət çəkib. Alagöz Salahova “Dantenin yubileyi”, “Özgə ömür”, “Bağlı qapı kimi filmlərdə aktrisa kimi də çıxış edib.

 

 

 

Qənirə Paşayeva

 

Millət vəkili Qənirə Paşayeva isə sentyabrın 28-də uzun sürən ağır xəstəlikdən sonra 48 yaşında dünyasını dəyişib. Onun qəfil vəfatı bütün ölkədə dərin hüznlə qarşılandı. Qeyd edək ki, Qənirə Paşayeva Gürcüstanın “Şərəf” ordeni ilə təltif olunub, 10-dan artıq elmi və publisistik kitabın, yüzlərcə məqalənin müəllifi, 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olub.

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə

 

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 3 oktyabr 2023-cü ildə dünyasını dəyişib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.

 

Tanınmış diktor Ramiz Qafarov

 

İllərlə ölkənin mərkəzi stadionunda, idman və mədəniyyət saraylarında səsi ilə diqqətləri üzərinə çəkən məşhur diktor 26 oktyabrda ürəktutmasından dünyasını dəyişib.

 

Ramiz Məlik

 

14 dekabrda  Azərbaycan mədəniyyətinə daha bir ağır itki üz verdi. Görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Ramiz Məlik 80 yaşında vəfat etdi. Qeyd edək ki, Ramiz Məlik həm teatr, həm də kino sahəsində yaratdığı müxtəlif obrazları ilə yadda qalıb. Aktyor “O qızı tapın”, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Babək”, “Qəm pəncərəsi”, “Qara gölün cəngavəri” və s. bədii filmlərində, “Günahsız Abdulla” (M.Cavaxaşvili), “Kimin sualı var?” (N.Həsənzadə) “İnanmırsansa…” (Ə.Hacızadə) və s. televiziya tamaşalarında yaddaqalan rolları oynayıb.

Onun milli teatr və kino sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilib. Sənətkar 1982-ci ildə “Əməkdar artist”, 1998-ci ildə “Xalq artisti” fəxri adlarına, 1984-cü ildə respublikanın Dövlət mükafatına (“İblis” tamaşasına görə; yaradıcı heyətin bir qrup üzvü ilə birlikdə), 2019-cu ildə “Şöhrət” ordeninə, 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

 

Kamil Vəli Nərimanoğlu

 

Son olaraq, dekabrın 16-da tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AYB üzvü, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli Nərimanoğlu vəfat edib. Kamil Vəli Nərimanoğlu ürəktutmasından dünyasını dəyişib.