Araşdırma

2030-cu ildə 5 milyon insan insultdan ölə bilər

2030-cu ildə 5 milyon insan insultdan ölə bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2030-cu ilə qədər bütün dünyada insultdan ölənlərin sayı 5 milyona qədər arta bilər.

7times.az xarici mediaya istinadən bildiri ki, bu barədə Amerika Nevrologiya Akademiyası məlumat yayıb.

Tədqiqatçılar 1990-2019-cu illər arasında Qlobal Sağlamlıq Məlumat Mübadiləsini araşdırıblar. Dünya əhalisinin artması ilə yanaşı, işemik insultdan ölənlərin qlobal sayı da artıb.

Alimlər insultla bağlı yeddi əsas risk faktorunu müəyyən ediblər: siqaret çəkmək, natriumla zəngin qidalanma, yüksək qan təzyiqi, yüksək xolesterin, böyrək funksiyasının pozulması, yüksək qan şəkəri və yüksək bədən kütləsi indeksi.

Proqnozlara görə, işemik insult 2030-cu ildə 4,9 milyon insanın ölümünə səbəb olacaq. Bu qiymətləndirmə həkimlərin və hökumətlərin risk faktorlarının təsirini azaltmaq üçün göstərdiyi səyləri nəzərə almaqla verilib. Və bu səylər hesablamalarda nəzərə alınmasa, ölənlərin sayı artaraq hər il 6,4 milyona çata bilər.

Yeganə