Hindistanda universitet tələbəsinin qrup halında zorlanması ölkədə qəzəbə səbəb oldu. Xəstəxanada müalicə alan 23 yaşlı qıza cinsi təcavüz edən 5 nəfərin polis tərəfindən axtarıldığı açıqlanıb.
7Times.az Milli.Az-a istinadən xəbər verir ki, ölkənin cinsi cinayətlərə qarşı sərt qanunlarla mübarizə aparmasına baxmayaraq, son illərdə bu cür cinayətlərin sayı azalmayıb. Hindistan polisi 2018-ci ildə 33,977 təcavüz hadisəsi qeydə alıb. Bununla birlikdə, real rəqəmlərin daha çox olduğu və bir çoxunun bildirilmədiyi iddia edilir.
Follow @7timesaz