Mədəniyyət

40 ildən sonra Siyavuş Aslanla sevgili olması barədə iddialara aydınlıq gətirdi – VİDEO

40 ildən sonra Siyavuş Aslanla sevgili olması barədə iddialara aydınlıq gətirdi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ARB TV-nin “Elgizlə İzlə” verilişinin növbəti qonağı Əməkdar artist Təranə Vəlizadə olub.

7times.az xəbər verir ki, sənətçi illər öncə Xalq artisti Səyavuş Aslanla haqqında yayılan şayiələrə aydınlıq gətirib:

“Həyat yoldaşım rəhmətə gedəndən sonra depressiyaya düşdüm. İllərlə xəstə yatdım. Özümə gələ bilmirdim. Ayılanda da eşitdim ki, Səyavuşla haqqımda söz-söhbət yayılıb. Hər kəsin arxa-dayağı var idi. O məqamda mənim heç kimim yox idi. Məni sahibsiz bilib adıma belə söz çıxardılar. Mən qayınanamla birgə yaşayırdım. Abır-həyama bükülən adamam. Başımı qaldırıb heç kəsin üzünə baxan olmamışam, artıq danışmamışam. 40 ilə yaxındır bu söhbəti ürəyimdə saxlayıram. İndi də utana-utana deyirəm”.