Aktual

6 şəhidimizin adı bəlli oldu – FOTOLAR

6 şəhidimizin adı bəlli oldu – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ordusunun genişmiqyaslı təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının tabeçiliyində olan “Komando” birliyinin hərbçisi, Naxçıvanın Kəngərli rayonu, Qıvraq qəsəbə sakini, 1994-cü il təvəllüd Fərid Kəmaləddin oğlu Mehbalıyevin, Qəbələ rayonu, Mıxlıqovaq kəndindən olan MAXE Babazadə Elşən Sahib Oğlunun, kapitan Saleh Qurbanovun, Naxçıvanın Şərur rayon Yengicə kənd sakini, 1997-ci il təvəllüd hərbçi Əli Cavad oğlu Əliyevin, Qazax rayonu Daşsalahlı kənd sakini, Gizir Kərimov Azad Zakir oğlunun və Lerik rayon sakini, 1995-ci il təvəllüdlü Sadıqov Şəmistanın şəhid olduğu bildirilir. 

7Times.az  yenipress.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Fərid Kəmaləddin oğlu Mehbalıyevin Milli Məclisin deputatı, Həmkarlar ittifaqının sədri Səttar Möhbalıyevin əmisi nəvəsi olduğu bildirilir.

Allah Şəhidlərimizə rəhmət eləsin!