Hadisə

backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı sakinlərindən külli miqdarda heroin aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 7Times.az – a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Musaküçə kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Əkbərli saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Ş.Əkbərlinin həmin narkotik vasitəni Masallı şəhər sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş F.Kərimovdan əldə etdiyi müəyyən edilib. Sonuncunun yaşadığı evə keçirilən baxış zamanı oradan külli miqdar çəkidə heroin aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.