Türkiyənin Cümhuriyyət Xalq Partiyasının qərargahında iclas keçirilib.
7Times.az xəbər verir ki, seçkiləri ikinci sırada tamamlayan Kamal Kılıçdaroğlu prezident seçkilərinin ikinci turu üçün reklam kampaniyasında dəyişiklik etmək qərarına gəlib. Məlumata görə, Kılıçdaroğlunun seçki kampaniyasına rəhbərlik Ekrem İmamoğluna və Canan Kaftancıoğluna həvala edilib. Bildirilir ki, CHP prezident seçkilərində İstanbulda qalib gəldikləri “bələdiyyə seçkiləri” modelini tətbiq edəcək.
Ona görə də, İstanbulda qalib gələn Ekrem İmamoğlu seçki kampaniyasında ön planda olacaq. İddialara görə, təşviqat, seçki təhlükəsizliyi və kampaniya ilə bağlı digər məsələlər Ekrem İmamoğlu və Canan Kaftancıoğluna həvalə olunacaq.Metbuat.az
Follow @7timesaz