İdman

“Portu”nun keçmiş ulduzu Azərbaycandan gedir

“Portu”nun keçmiş ulduzu Azərbaycandan gedirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin iyulunda “Sabah”la müqavilə bağlayan Abdulaye Ba bu yay Azərbaycandan ayrılacaq.

Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan Masazır klubunun baş məşqçisi Murad Musayev seneqallı müdafiəçi ilə 1+1 illik anlaşmanın ikinci hissəsinin qüvvəyə minməsinə həvəs göstərmir.

Buna səbəb afrikalı legionerin qeyri-sabit mövsüm keçirməsi, tez-tez zədələnməsi, nəticədə əsas heyətdə yerini itirməsidir.

Mərkəz müdafiəçisi karyerası ərzində Portuqaliyanın “Portu” (2012 – 2014), “Sportinq” (Kovilya, 2010/2011), “Akademika” (2011/2012), “Gimaraynş” (2013/2014), “Moreyrense” (2020 – 2022), “Aroka” (2021/2022), İspaniyanın “Rayo Valyekano” (2014/2015, 2017 – 2019), “Deportivo” (2019/2020), Türkiyənin “Fənərbağça” (2015/2016), “Alanyaspor” (2016/2017), Almaniyanın “Münhen 1860” (2016/2017) və Rumıniyanın “Dinamo” (Buxarest, 2020/2021) klublarında çıxış edib.