“Yuventus”un 12 xalı silinə bilər.
Offsideplus.az xəbər verir ki, sabah Turin klubunun maliyyə fırıldağı ilə bağlı beşinci məhkəmə prosesi keçiriləcək.
“Corriere dello Sport”un məlumatına görə, İtaliya Futbol Federasiyasının prokurorluğu 9-dan 12 xala qədər xalın silinməsini tələb edir.
Məhkəmə ittiham tərəfinin tələblərini təmin edə, cəzanı azalda və ya yanvar ayında “qoca sinyora”nın aktivindən 15 xalı silmək qərarını təsdiq edə bilər.
“Yuventus”dan 12 xal silinsə, böyük ehtimalla bu cür qərar veriləcəyi gözlənilir, o zaman komanda A Seriyasının turnir cədvəlində 8-ci pilləyə düşəcək. Bu yer isə növbəti mövsüm üçün avrokuboklara vəsiqə vermir.
Məhkəmənin hökmü klubu qane etməsə, Turin təmsilçisi yeni apellyasiya şikayəti verə biləcək.
Qeyd edək ki, “Yuventus” A Seriyasında 35 turdan sonra 69 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Follow @7timesaz