Tanınmış xanəndə, Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun qardaşı Zülfüqar İbrahimovun oğlu Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.
7times.az xəbər verir ki, şəhidimiz bu gün Ağdamda dəfn edilib.
Xalqı artisti “BakuPost”-a açıqlamasında bildirib ki, qardaşı oğlu Azərbaycanın 4 rayonunun işğaldan azad edilməsində bilavasitə iştirak edib:
“Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Ötən gün Laçın uğrunda gedən döyüşlərdə şəhid oldu. O ölməyib, Vətən uğrunda şəhid olub. Hazırda Ağdamda dəfn mərasimindəyik. Burada xalq izdihamı yaşanır. Bu xalqın iradəsini heç nə sarsılda bilməz. Xalqı bu cür olan dövlətin torpağı işğalda qalmaz. Təki, Vətən sağ olsun! Biz bir nəfər ölüb, min nəfər dirilərik!”
Follow @7timesaz