Ümumiyyətlə hər bir abituriyent hara qəbul olacağını öncədən planlaşdırmalıdır. Ancaq realda bunu görmürük. 3 ildir ki, yaxınlarımla birgə ixtisas seçiminin kodlaşdırılmasına gedirəm. Burada da xoşagəlməyən hallar istisna deyil. Bəzi insanların bu sahədə daha yaxşı olmasını düşünüb, həmən insanlara hədsiz dərəcədə növbə var. Onlara keçmək belə mümkün deyil. Hətta rezerv xidməti belə var. Mənim qızım da cari ildə məzun olub. Ancaq ixtisas seçimini heç kimdən məsləhət almadan etdi. Çünki özü hansı sahəyə gedəcəyini bilir. Çox qəribə məsələlər də var. Abituriyentlərin topladığı balla seçim ixtisasları üst-üstə düşmür. Hüquqşünas olmaq istəyən şəxs hüquq ixtisasını seçir. Sonra deyir ki, tarix müəllimliyini yazım, psixologiyanı da yazım. Bəlkə qəbul oldum ehtimalı ilə. Axı sən bunu istəmirsən.
Özünüzü görmədiyiniz sahədə bacarıqlı olacağınıza necə inanırsınız?
Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında tanınmış psixoloq Gülnar Orucova bildirib.
O, açıqlayıb ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun əlavə və dəyişikliklərə ehtiyacı var.
“Təhsil sistemində düzgün olmayan qaydalar da az deyil. Məsələn orta məktəblərdə dərs müəllimlərin dərsdən sonra şagirdlərə xüsusi məşğələlər keçirilməsi. Əgər müəllim həm orta məktəbdə , həm də fərdi hazırlıqla məşğuldursa niyə onu sistemə uyğunlaşdırıb, dərsləri sinifdə tədris etmirlər?. Türkiyədə keyfiyyətli qayda var. Bir müəllim orta məktəbdə dərs keçirsə, həmən müəllim əlavə məşğələ tədris edə bilməz. Müəllimlərimiz orta məktəbdə dərs deyib, dərsdən sonra da istədikləri vaxta kimi fərdi məşğələlər keçirirlər. Bu da məktəbdə onların potensiallarının gizlədilməsinə səbəb olur. Təlim keyfiyyətinin aşağı düşməsinin başlıca səbəbi də budur. Bu addımı müəllimlərimizə yaraşdırmıram. Əlbəttə bunu birtərəfli qaydada müəllimlərin üzərinə atmaq olmaz. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun əlavə və dəyişikliklərə ehtiyacı var. Əgər bununla bağlı bəzi addımlar atılsa, tədrislə bağlı maddələr sərtləşdirilsə bu cür hallarda istər-istəməz olmayacaq”.
Psixoloq G.Orucova bildirib ki, cari ildə imtahanların çətin səviyyədə keçirilməsində narazı olanların sayı çoxalıb.
“Valideynlərimiz də burada mövqe sərgiləməlidirlər. Onlar düşünür ki, övladım universitetə daxil olsa həkim, direktor, nazir, vəkil olacaqlar. Universitetə hər kəs daxil ola bilər. Hər oxuyan “Molla Pənah” olar?. Xeyr. Bizimkilər universitetə qəbul olmağı vəzifə hesab edirlər. Ancaq belə deyil. Hətta son zamanlarda kütləvi dəb formasını alıb. Düşünür ki, mənim övladım tələbə adını qazanacaq. Savadı olsun, olmasın fərq etmir. Əsas daxil olsun. Bu gün nə qədər Azərbaycan gənci işsizdir? Əksəriyyəti ali təhsillidir. İşlə niyə təmin edə bilmirik?. Bunlar hamısı cavabsız qalan suallardır. Heç mümkün də deyil. Cari ildə imtahanlar çətin səviyyədə keçirilməsindən narazı olanların sayı çoxalıb. İxtisas seçimində də abituriyent öncədən gələcəyinin gördüyü yeri bilməlidir. İlk öncə bu dəqiqləşdirilməlidir. Prokuror olmaq istəyən şəxsin, sonradan tərcüməçi yaxud jurnalistikanı seçməsi heç də normal deyil. Çünki sahələr ayrı-ayrıdır. Hardasa uyğunsuzluq mövcuddur. Sən tərcüməçi olmaq istəyirsənsə tərcüməçi olmalısan. Fərqi yoxdu deməməliyik”.
Onun sözlərinə görə, 3-cü ixtisas qrupu üzrə plan yerləri ilə müsabiqədə iştirak edənlər arasında yüksək dərəcədə fərq olur.
“Artıq hər il bunun şahidiyik. Bəzi ixtisasların yerini dəyişdirmək lazımdır. 1-ci ixtisas qrupunda boş qalan yerlər var. Lakin 3-cü qrupda tam əksi. Birinci bunu yerinə qoymaq lazımdır. Nə üçün hər il 3-cü qrupa müraciət edənlərin sayı həddindən artıq çoxdur?”.
Onun fikrincə, valideynlərimiz heç bir halda universitetə qəbul olmayan övladları ilə pis rəftar etməməlidirlər. Onları günahlandırmamalıdırlar.
“Universitetə qəbul olmamaq dünyanın sonu demək deyil. Olmasa olmur. Bunun da kökündə yatan məsələ odur ki, valideynlər aylıq əməkhaqqının üzərinə də məvacib qoyub, müəllimlərə verir. Valideynlərimiz bunu 2-3-4 il edir. Valideynlərimiz universitet müjdəsini səbirsizliklə gözləyir. Onlar üçün böyük mükafatdır. Əgər bu olmursa, böyük faciələrə səbəb olur. Mənə görə ixtisas seçimini abituriyentlər etməlidir. Kaş ki, müəllimlərimiz orta məktəblərdə dərs keçsəydilər… Mən 297 nömrəli məktəbi bitirmişəm. 2002-ci ildə ali məktəbə daxil olmuşam. Bir müəllim yanına getmişəm. Çünki müəllimlər yetəri tədrisi orta məktəbdə veriblər. Riyaziyyatdan zəif olduğum üçün ondan müəllim yanına getmişəm. İndi övladımın çəkdiyi əziyyətləri gördüm. Orta məktəbdən imtina etmək qərarına gəldim. Övladımı Atatürk liseyinə yönləndirdim. Çünki gələcəkdə əziyyət çəkməsini istəmirəm”.
Psixoloq əlavə edib ki, ölkəmiz ali təhsil sistemində yeni sistemə keçid etməlidir.
“Bilirsiniz keçmiş təhsil nazirimiz Misir Mərdanovun dövründə normal təhsil sistemi var idi. Məleykə Abbaszadənin qeyri-peşəkarlığı göz qabağındadır. Hər il çətinləşmə, çətinləşmə. İstər-istəməz abituriyentlər həvəsdən düşür. İmtahan sualları jurnallar daxilindəki mövzulardan düşürdü. Bu il suallarla bağlı nə qədər problemlər oldu?. Qonşu və qardaş Türkiyə də ali təhsil almaq istəyirsənsə səni attestatla qəbul edirlər. Oxu diplomunu da al. Biz də bu cür sistemə keçid etməliyik. İxtisas seçimi imtahanlardan əvvəl edilməlidir. Belə olan halda abituriyentlər imtahandan sonra ixtisaslarını dəyişdirə bilərlər”,- deyə o fikrini yekunlaşdırıb.
Follow @7timesaz