Dünya

“ABŞ blokadanı qaldıran kimi danışıqlara başlayacağıq” – İran

“ABŞ blokadanı qaldıran kimi danışıqlara başlayacağıq” – İranbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib ki, ABŞ dəniz blokadasını dayandıracağı təqdirdə Tehran Pakistanın paytaxtı İslamabadda ABŞ ilə növbəti danışıqlar raundunu keçirməyə hazırdır.

İrəvani vurğulayıb ki, İran müharibəyə başlamayıb və gərginliyin əsas səbəbi Vaşinqtonun hərbi addımlarıdır. Onun sözlərinə görə, ABŞ siyasi həll yolu axtarırsa, İran danışıqlara hazırdır, əgər müharibə istəyirsə, Tehran buna da hazırdır.

Diplomat qeyd edib ki, hər hansı yeni danışıqlar mərhələsindən öncə ABŞ “atəşkəs pozuntularını” dayandırmalı və blokadanı aradan qaldırmalıdır. İrəvani əlavə edib ki, İran “istənilən ssenariyə hazırdır” və blokada qaldırılan kimi danışıqlar dərhal bərpa olunacaq.