İdman

“İdman tv”dən “Qarabağ”a CAVAB: “Münasibətlərə yenidən baxacağıq”

“İdman tv”dən “Qarabağ”a CAVAB: “Münasibətlərə yenidən baxacağıq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, dünən “Olimpiya” – “Qarabağ” matçı yerli kanallarda yayımlanmayıb. Buna səbəb “İdman Azərbaycan” kanalında yaşanan texniki problem olub.

7Times.az  xəbər verir ki, “köhlət atlar” “yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır” deyə açıqlama yayıb.

“İdman Tv” rəsmi feysbuk hesabıından klubun yaydığı açıqlamaya cavab verib:

“Hörmətli futbol azarkeşləri, “Qarabağ” – “Olimpiya” komandalarının Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk görüşünün “İdman” TV ilə göstərilməməsi ilə bağlı narahatlığınızı və iradlarınızı başa düşür və üzr istəyirik. Lakin istərdik ki, məsələnin və yaranmış problemin əsl mahiyyətini tamaşaçılar düzgün bilsin. Yaranmış problem çox təəssüflər olsun ki, hətta “Qarabağ” FK tərəfindən “İdman” TV-nin problemi kimi təqdim edilir. Həqiqətdə isə problem həm də məhz klub rəsmilərinin yayım məsələsinə biganə yanaşması, rəqib komandalarla oyunun göstərilməsi ilə bağlı danışıqlarda “İdman” TV ilə əməkdaşlığı düzgün qurmamasıdır. Biz “İdman” TV olaraq “Qarabağ” FK-nın görüşəcəyi komandaları yayımlayacaq kanallarla ən azı 1 həftə əvvəldən danışıqlar aparır, texniki məsələləri dəqiqləşdiririk. Lakin son anda siqnal alacağımız şirkət ya təmiz görüntü ötürmür, ya da gecikdirir. Problemi “Qarabağ” FK-ya çatdıranda isə qarşı tərəfdən hər hansı cavab almaq mümkün olmur. Yəni yalnız oyun deyil, yayım məsələsi də komanda işidir və burda ilk növbədə azarkeşi düşünərək kollektiv iş ortaya qoymaq lazımdır. “Qarabağ” FK-nın birmənalı olaraq “İdman” TV-ni ittiham etməsi isə həm anlaşılmaz, həm də qəribədir. Hər halda “İdman” TV olaraq biz də “Qarabağ” FK ilə münasibətlərə yenidən baxacaq və ikitərəfli əməkdaşlıqda məsuliyyətli yanaşma olacağı halda oyunların yayımını öz üzərimizə götürəcəyik”.