Bir neçə gün əvvəl Mərakeşdə mindən çox insanın ölümünə səbəb olan ciddi zəlzələ baş verib.
Fanat.Az xəbər verir ki, xeyli insanın yaralandığı və evsiz qaldığı təbii fəlakətə Portuqaliya millisinin lideri Kriştianu Ronald biganə qalmayıb.
Bu barədə “Marca” informasiya yayıb. Xəbərə görə, ulduz futbolçu zəlzələdən əziyyət çəkən mərakeşlilərə kömək etmək qərarına gəlib. 38 yaşlı futbolçu Mərakeşdəki 4 ulduzlu “Pestana CR7” otelinin qapılarını zərərçəkmişlər üçün açıb.
Zəlzələ səbəbindən Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində keçiriləcək Mərakeş – Liberiya oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.
Follow @7timesaz