“Çelsi” qış transfer pəncərəsində heyətinə yeni hücumçu cəlb etməkdə qərarlıdır.
Fanat.Az xəbər verir ki, məlumatı “Caught Offside” yayıb.
Xəbərə görə, “zadəganlar” iki variant üzərində düşünürlər: “Napoli”dən Viktor Osimhen və “Brentford”dan Ayvan Toni. Mənbə əsas hədəfin Osimhen olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, Toni bu ilin mayında oyunlara pul qoyuluşları etdiyi üçün 8 ay müddətinə futboldan kənarlaşdırılıb. Onun diskvalifikasiyasının müddəti yanvarın 16-da başa çatacaq.
Cari mövsüm “Napoli” forması ilə bütün turnirlərdə 10 oyuna çıxan Osimhen 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Nigeriyalı forvardın Neapol təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununa qədər nəzərdə tutulub.
Follow @7timesaz