İdman

Rus kapitan Türkiyə nəhənginə keçir – Danışıqlara start verildi 

Rus kapitan Türkiyə nəhənginə keçir – Danışıqlara start verildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Trabzonspor” Moskva “Spartak”ının kapitanı Georgi Cikiya ilə maraqlanır.

Fanat.Az xəbər verir ki, informasiyanı “61saat” yayıb.

Xəbərə görə, Türkiyə klubu Xoakin Fernandesin gedəcəyi təqdirdə mərkəz müdafiəçisi ilə müqavilə imzalamaq niyyətindədir. Qaradənizlilər artıq 30 yaşlı rusiyalı ilə əlaqə saxlayıblar.

Cikiyanın “qırmızı-ağlar”la müqaviləsi iyunun 30-da başa çatır və o, artıq digər komandalarla danışıqlar apara bilər.

Bu mövsüm müdafiəçi 8 oyun keçirib və 2 sarı vərəqə alıb.