96-cı “Oskar” mükafatları Cimmi Kimmelin təqdimatı ilə “Dolby” Teatrında gerçəkləşib.
OLAY yazır ki, “Ən yaxşı film” mükafatını sezon boyu müxtəlif ödüllər alan “Oppenheimer” qazanıb. Ekran işi Kristofer Nolan, Robert Dauni Ceyer və Killian Mörfiyə ilk “Oskar”larını qazandırıb. Eyni zamanda tədbirdə ən çox mükafata layiq görülən layihə olub. 11 nominasiyada namizəd olan “Poor Things” 4 mükafat qazanarkən, Emma Ston isə “Ən yaxşı qadın aktrisa” seçilib.
“Oskar” qazananların siyahısını təqdim edirik:
Ən yaxşı film – “Oppenheimer”
Ən yaxşı rejissor – Kristofer Nolan (Oppenheimer),
Ən yaxşı aktyor, – Killian Mörfi (Oppenheimer),
Ən yaxşı aktrisa – Emma Ston – (Poor Things),
Ən yaxşı ikincidərəcəli aktrisa – Devayn Con Rendalf (The Holdovers),
Ən yaxşı ikincidərəcəli aktyor – Robert Dauni Ceyer (Oppenheimer),
Ən yaxşı ssenari – “Anatomy of a Fall”, (Castin Trayt və Artur Harari)
Ən yaxşı adaptasiya olunmuş ssenari – “American Fiction” (Kord Cefferson)
Ən yaxşı beynəlxalq film – “The Zone of Interest” (Birləşmiş Krallıq)
Ən yaxşı animasiya – “The Boy ant the Heron”
Ən yaxşı sənədli film – “20 Days in Mariupol”
Ən yaxşı fantaziya – “Oppenheimer” (Ceffrey Leym)
Ən yaxşı təsvir rejissoru – “Oppenheimer” (Hoyte Van Hoytema)
Ən yaxşı vizual effekt – “Godzilla Minus One”
Ən yaxşı prodakşn dizaynı – “Poor Things” (Şona Hit, Ceyms Prays, Zsuzsa Mihalek)
Ən yaxşı kostyum dizaynı – “Poor Things” (Holi Vodinqton)
Ən yaxşı saç və makiyaj dizaynı – “Poor Things” (Nadya Steysi, Mark Kulier, Coş Veston)
Ən yaxşı səs – “The Zone of Interest”
Ən yaxşı musiqi – “Oppenheimer” (Lüdviq Göransson)
Ən yaxşı mahnı – “Barbie” (What Was I Made For?) – Billi Ayliş və Finneas Okannal
Follow @7timesaz