İspaniya La Liqasının XXIX turunda “Osasuna”ya qarşı keçirdikləri oyun (4:2) “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti üçün yubiley matçı olub.
Fanat.Az xəbər verir ki, italiyalı çalışdırıcı paytaxt təmsilçisində 200-cü qələbəsini qazanıb.
İspaniya nəhəngi Ançelottinin rəhbərliyi altında La Liqada 129, Çempionlar Liqasında 43, İspaniya Kubokunda 18, ölkə Superkubokunda 4, klublararası dünya çempionatında 4, UEFA Superkubokunda 2 zəfərə sevinib.
Bu görüş həm də Ançelottinin Avropa liqalarında 900-cü dueli kimi tarixə düşüb.
Mütləq rekord isə Migel Munyosa məxsusdur – 357 qələbə.
Qeyd edək ki, 29 tura 72 xal toplayan “Real” La Liqanın turnir cədvəlində 1-ci pillədə mövqe tutub.
Follow @7timesaz