Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
7Times.az xəbər verir ki, bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə qazanılan ilk lisenziyadır.
Bununla da gimnastika millimizin Fransanın paytaxtına qazandığı vəsiqələrin sayı 2-yə yüksəlib.
Xatırladaq ki, bədii gimnastımız Zöhrə Ağamirova da ötən il “Paris-2024″ə lisenziya əldə etmişdi.
Follow @7timesaz