İdman

“Jirona” ÇL-ə buraxılmır – SƏBƏB 

“Jirona” ÇL-ə buraxılmır – SƏBƏBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Jirona” növbəti mövsüm Çempionlar Liqasında iştirak etmək üçün UEFA-dan icazə gözləyir. 

7Times.az  xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

İspaniya klubu “Mançester Siti”nin də sahibi olan “City Group”a məxsusdur. Hər iki komandanın Çempionlar Liqasına vəsiqə qazanması UEFA-nın klub yarışları qaydalarının (mülkiyyət ilə bağlı) 5-ci maddəsinə zidd ola bilər.

“Jirona”nın səhmlərinin 47 faizi “City Group”a, 35 faizi isə sözügedən şirkətə aid olan Boliviya “Bolivar”ının prezidenti, amerikalı iş adamı Marselo Klauraya məxsusdur. Bundan əlavə, “Jirona”nın prezidenti “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın qardaşı Pere Qvardioladır.

UEFA qaydalarına əsasən, eyni biznes qrupundan iki klub eyni turnirə vəsiqə qazanarsa, çempionatında birinci olan komanda iştirak hüququ qazanacaq. Hər iki komanda yarışı eyni yerdə başa vurarsa, daha yüksək klub reytinqinə sahib olan klub (indiki halda “Mançester Siti”) turnirdə iştirak edir.

“Mançester Siti” İngiltərə çempionatının bitməsinə iki tur qalmış 2-ci yerdədir, “Arsenal”dan bir xal geri qalır və bir oyun az keçirib. “Jirona” artıq La Liqada çempionluq şansını itirib və mövsümün sonuna dörd tur qalmış 2-ci yerdə qərarlaşıb.

Eyni zamanda mənbə iddia edir ki, kataloniyalıların Avropa Liqasına transfer olunma ehtimalı azdır. İspaniya klubu indi Çempionlar Liqasına qatılmaq üçün UEFA-nın maliyyə nəzarəti orqanına “Mançester Siti”dən asılı olmadığını, bir sözlə, təşkilati müstəqilliyini sübut etməlidir.

Fanat.Az