Ölkə

Vətəndaşların 400 min manatını ələ keçirən Nihad Rəhimli Bakıda SAXLANILDI – FOTO

Vətəndaşların 400 min manatını ələ keçirən Nihad Rəhimli Bakıda SAXLANILDI – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran sakini biznes qurmaq adı ilə vətəndaşların 400 min manatını ələ keçirib.

 

Bu barədə 7Times.az -a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Lənkəran sakini olan bir nəfər Nihad Rəhimli adlı şəxsin Birləşmiş Ərəb Əmirliklərindən fotoaparatlar gətirib burada satmaq adı ilə onun 355 min manat pulunu ələ keçirməsi barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat verib.

 

“Araşdırma zamanı N.Rəhimlinin iş qurmaq adı ilə şirnikləndirici vədlər verərək digər bir Lənkəran sakininə qarşı dələduzluq etdiyi də müəyyən edilib. O, Dubayda otel biznesinə yatırım etmək adı ilə zərərçəkənin 40 min manat pulunu ələ keçirib. N.Rəhimli istintaqdan yayınmaq məqsədilə bir müddət müxtəlif ünvanlarda gizlənsə də, Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda həmin şəxsin digər analoji əməllərinin olub-olmadığı araşdırılır”, – qurum əlavə edib.