Dünya

ABŞ və İran arasında 60 günlük atəşkəsin müddəti başa çatır

ABŞ və İran arasında 60 günlük atəşkəsin müddəti başa çatırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İran arasında İslamabad Memorandumu çərçivəsində qüvvədə olan 60 günlük atəşkəs müddəti bu gün, avqustun 17-də başa çatır.

7Times.az xəbər verir ki, Pakistan hökumətindəki mənbələr avqustun 12-də Vaşinqton və Tehranın atəşkəs müddətinin uzadılmasına razılıqlarını vasitəçilərə çatdırdıqlarını bildirmişdi.

Daha sonra, İranın yüksək vəzifəli mənbəsi atəşkəsin uzadılması ilə bağlı ABŞ-la heç bir müzakirə aparılmadığını açıqlamışdı.

Bu səbəbdən hazırda uzadılmanın rəsmən təsdiqləndiyini söyləmək mümkün deyil.