Ölkə

Qubanın Zərdabi qəsəbəsində Şəhid Musa Məhəmmədovun mövludu qeyd olundu – VİDEO

Qubanın Zərdabi qəsəbəsində Şəhid Musa Məhəmmədovun mövludu qeyd olundu – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Şəhid Musa Məhəmmədovun mövludu qeyd olunub.

“7Times.az” xəbər verir ki,mərasimdə Quba  rayon İcra hakimiyyətinin rəsmiləri,kənd sakinləri və şəhidin ailə üzvləri iştirak edib.Mövlud günü münasibəti ilə onun məzarını ziyarət edərək şəhidimizin ailəsinə dərin hüznlə baş sağlığı veriblər.

O, oktyabrın 2-də 2020 -ci il tarixdə Goranboy rayonu Buzluq kəndi yaşayış məntəqəsi istiqamətində , düşmənlə təmas xəttində bizim “Cəngavər” döyüş mövqeyi istiqamətində hərbi əməliyyatlar yerinə yetirən zamanı həlak olmuşdur.

Musa Məhəmmədov Bəhrəm oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Fərid Aslanlı

Cəlal Fərzəliyev