Dünya

Moskva Trampla danışıqlara hazırdır, amma – Lavrov Kremlin atəşkəs istəmədiyini deyir

Moskva Trampla danışıqlara hazırdır, amma – Lavrov Kremlin atəşkəs istəmədiyini deyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya növbəti dəfə Ukraynada müharibənin bitməsində və ədalətli sülhdə maraqlı olmadığını göstərir.

7Times.az xəbər verir ki, yerli və xarici mediaya açıqalma verən Rusiya XİN başçısı Sergey Lavrov Kremlin atəşkəs istəmədiyini söyləyib. Rusiyalı nazirin sözlərinə görə, atəşkəs “heç bir yerə aparan yoldur” və Moskva “boş söhbətlərlə” kifayətlənməyəcək.

Lavrov hesab edir ki, Rusiyaya NATO-nun şərqə doğru genişlənməməsi də daxil olmaqla, ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün şərtləri müəyyən edəcək hüquqi müqavilələr lazımdır.

Bununla yanaşı, onun dediyinə görə, Rusiya ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə Ukraynaya dair məsləhətləşmələr aparmağa hazırdır. O qeyd edib ki, Moskva Ağ Evin “münaqişənin əsas səbəblərini araşdıracağına” ümid edir.

“AzPolitika”