Xaçmaz Rayon Məhkəməsinin sədri Quliyev Xıdır İnqilab oğlu və Xaçmaz Rayon Məhkəməsinin hakimi Abiyeva Nərmin Mirhəsən qızı, “7Times.az” xəbər agentliyinin təsisçisi və baş redaktoru Cəlal Fərzəliyevi Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə məhkəməyə verib.
7Times.az xəbər verir ki, buna səbəb 23.10.2024-cü il tarixində “7Times.az” informasiya agentliyində Xaçmaz rayon sakini Cəbrayılov Böyükağa Cəbrayıl oğlunun Xaçmaz Rayon Məhkəməsinin sədri Xıdır Quliyevin ondan 6 min manat vəsaitin rüşvət qismində alması ilə əlaqədar olaraq vətəndaşın ölkə başçısı, cənab İlham Əliyevə ünvanladığı müraciətin yayımlanması olub.
Proses 7 noyabr saat 12:00 da xüsusi ittihamçı tərəf hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi ilə keçiriləcək.
Follow @7timesaz