Xaçmaz sakini, 1992-ci il təvəllüdlü Cəbrayılov Böyükağa Cəbrayıl oğlu Xaçmaz rayon məhkəməsinin sədri Quliyev Xıdır İnqilab oğlunun ondan 6 min manat vəsaitin rüşvət qismində aldığını iddia edir. Vətəndaş Böyükağa Cəbrayılov sədrin bu vəsaiti ondan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə özünün sədrliyi ilə keçirilən məhkəmə prossesində həbs edilməməsi və barəsində həmin maddə də nəzərdə tutulmuş ən yüngül cəza hökmünün verilməsi müqabilində aldığını bildirir.
Vətəndaşın ölkə başçısı, Prezident İlham Əliyevə ünvanladığı müraciəti diqqətinizə çatdırırıq.
“Hörmətli cənab Prezident, mən 12 yanvar 2020-ci il tarixində Xaçmaz rayonunun Qobuqırağı kənd məsçidində, rayonun Qoçaqlı kənd sakini Mirzəbəyov Elman Maməli oğlu ilə mübahisə etmişəm. Faktla əlaqədar olaraq qarşı tərəfin Xaçmaz Rayon Polis Şöbəsinə etdiyi şikayət əsasında barəmdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılaraq, iş Xaçmaz Rayon Məhkəməsinə göndərilib. Hakim, eyni zamanda Xaçmaz Rayon Məhkəməsinin sədri Xıdır Quliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasından sonra barəmdə həbs qətimkan tədbiri barədə hökm çıxarılacağı bildirildi. Daha sonra mən məhkəməyə gələrək, sədr Xıdır Quliyevin köməkçisi Anar İzzətli ilə görüşdüm və ona bu məsələdə mənə yardımçı olmasını xahiş etdim. Anar İzzətli mənə bildirdi ki, mənim sizə ən böyük köməyim o ola bilər ki, barənizdə sədrə müsbət təqdimat verim və onun sizi qəbul etməsinə yardım edim. Daha sonra Anar İzzətli sədrin qəbul otağına girdi və təxminən 5 dəqiqədən sonra çölə çıxdı. O, otaqdan çıxdıqdan sonra sədrin məni qəbul edəcəyini dedi və məni dərhal sədr Xıdır Quliyevin otağına yönəltdi. Qəbul zamanı Xıdır Quliyev mənə dedi ki, bu məsələdə siz haqqınızda ən münasib hökmün çıxarılması üçün öncə şikayətçi Elman Mirzəbəyovla danışıb barışmalısınız. O, öz şikayətindən imtina etməlidir. Bundan sonra sizə kömək edə bilərik. Daha sonra Xıdır Quliyev mənə dedi ki, barışıq əldə etdikdən sonra məhkəmənin haqqınızda yüngül cəza barədə hökm verməsi üçün müvafiq tələbləri qarşılamaq zərurəti var. O, mənə bunun üçün 10 min manat vəsaitin lazım olduğunu dedi. Mən Xıdır Quliyevə bu pulu verə biləcək durumda olmadığımı qeyd etdim. Üstümdə 6 min manat vardı. Ondan xahiş etdim ki, elə bu məbləğdə vəsaitlə mənə yardımçı olsun. Sədr biraz narazılığını bildirdikdən sonra təklifimi qəbul etdi. Və mən elə həmin an 6 min manat pulu Xıdır Quliyevə verdim. Növbəti məhkəmə prossesində hakim Xıdır Quliyev şikayətçi Elman Mirzəbəyovdan bizim barışıb-barışmamağımızı soruşdu. Qarşı tərəf məhkəmə zalında şikayətindən imtina etmədiyini bildirdikdən sonra hakim Xıdır Quliyev prossesi yarımçıq dayandırıraq, mənə “get şikayətçi ilə barış sonra gəl” dedi. Biz şikayətçi Elman Mirzəbəyov və hakim köməkçisi,eyni zamanda məhkəmə katibi Anar İzzətli ilə birlikdə digər məhkəmə zalına keçdik. Mən orada şikayətçi Elman Mirzəbəyova 1000 manat pul verdim və o, bundan sonra barışıq sazişinə imza atdı. Və təxminən 15 dəqiqədən sonra yenidən prossesin keçirildiyi məhkəmə zalına qayıtdıq. Prosses başladı. Hakim Xıdır Quliyev məni təqsirləndirildiyim Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancımın 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla, 1 il müddətə islah işləri cəzasına məhkum etdi. verdi. Qanunlardan hali olmamağımdan istifadə edən hakim və məhkəmə sədri Xıdır Quliyev məni aldadaraq mənim bu durumumdan istifadə etdi.
Pulumu geri almaq üçün Xaçmaz prokurorluğuna müraciət etdim.Amma təssüflər olsun ki,Rayon Prokurorluğu da məsələyə biganə yanaşdı.
Hörmətli cənab Prezident, sizdən bu məsələnin araşdırılması və Xaçmaz Rayon Məhkəməsinin sədri Xıdır Quliyevin məndən aldığı 6 min manat vəsaitin geri qaytarılması üçün müvafiq tapşırıq verməyinizi xahiş edirəm”.
Bildirək ki,vətəndaş Cəbrayılov Böyükağa Cəbrayıl oğlu faktla əlaqədar olaraq Baş Prokurorluğa və Məhkəmə Hüquq Şurasınada müraciət edib.
Follow @7timesaz