İdman

London nəhəngi iki forvarda bu qədər ödəyəcək – MƏBLƏĞ

London nəhəngi iki forvarda bu qədər ödəyəcək – MƏBLƏĞbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çelsi” klubu iki hücumçunun transferini reallaşdırmağa yaxındır. 

7Times.az  xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Nizar Kinsella məlumat yayıb.

Mənbənin məlumatına görə, “mavilər” həm kataloniyalı “Barselona”dan Mark Qiunun, həm də Fransa “Lill”indən Conatan Davidin transferi üzərində çalışır.

“Çelsi” Qiu üçün 6 milyon avroluq sərbəstqalma məbləğini ödəmək niyyətindədir. Conatan Davidə gəlincə, müqavilənin qiyməti 30 milyon avro qiymətləndirilir, lakin futbolçu üçün böyük rəqabət var.

“Zadəganlar” növbəti mövsümdə Nikolas Ceksonla rəqabət aparacaq yeni hücumçu axtarışındadır. Seneqallı İngiltərə Premyer Liqasında ilk mövsümündə 14 qol vurub.

Fanat.Az