Region

Rusiyada qasırğa nəticəsində 3 nəfər ölüb

Rusiyada qasırğa nəticəsində 3 nəfər ölübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Leninqrad vilayətində ötən gecə qasırğa zamanı 3 nəfər ölüb.

7Times.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin şəhər və rayon üzrə istintaq idarələrinin mətbuat xidmətləri məlumat yayıb.

“İyulun 2-də səhər saatlarında Leninqrad vilayətinin Vsevolojsk rayonunun Novoye Toksovo kəndində kotteclərin inşasında işləyən 26 yaşlı Tacikistan vətəndaşının meyiti aşkar edilib”, – məlumatda qeyd olunub.

Bundan başqa, ötən gecə bir nəfərin öldüyü barədə məlumat verilib.

İyulun 1-də axşam Sankt-Peterburq şəhərində və Leninqrad vilayətində güclü leysan yağıb, şimşək çaxıb, bəzi yerlərdə dolu düşüb, küləyin sürəti 22-27 m/s-dək güclənib.