Hadisə

Saatlıda 72 yaşlı kişi şüşə parçası ilə qətlə yetirilib, oğlu saxlanılıb

Saatlıda 72 yaşlı kişi şüşə parçası ilə qətlə yetirilib, oğlu saxlanılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 6-da saat 18:30 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ağayev Ramiz Gülabdin oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə 7Times.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu 2000-ci il təvəllüdlü Ağayev Rabil Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.