Xəzər rayonu Yeni Qala qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Fərrux Babayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə 7Times.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Ehtiram Cavadov saxlanılaraq istintaqa cəlb edilib.
Araşdırmalar davam etdirilir.
Follow @7timesaz