Dünya

“Venesuelada iğtişaşların 2 mindən çox iştirakçısı saxlanılıb” – Maduro

“Venesuelada iğtişaşların 2 mindən çox iştirakçısı saxlanılıb” – Madurobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikolas Maduronun Venesuela Prezidenti vəzifəsinə yenidən seçilməsinə qarşı etiraz aksiyları zamanı 2 minə yaxın insan həbs edilib.

7Times.az  “Reuters”ə istinadən xəbərinə görə, bu barədə dövlət başçısı şənbə günü Karakasda keçirilən mitinqdə tərəfdarlarına məlumat verib.

O bildirib ki, 2014 və 2017-ci illərdəki iğtişaşlardan fərqli olaraq, bu iğtişaşlar uzun sürməyəcək, Maduro günahkarların hamısına “maksimum cəza” vəd edib.

“Bu dəfə heç bir bağışlanma olmayacaq”, – o deyib.

Venesuela lideri daha əvvəl ölkədə baş verən iğtişaşlar zamanı iki hərbçinin həlak olduğunu bildirib.

“Report”