Ölkə

Bu ərazidə işıq OLMAYACAQ – XƏBƏRDARLIQ!

Bu ərazidə işıq OLMAYACAQ – XƏBƏRDARLIQ!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Abşeron rayonunun Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

 

Bu barədə 7Times.az -a “Azərişıq” ASC-dən məlumat verilib.

 

Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Masazır qəsəbəsinin bir sıra hissəsində 110/35/10 kV-luq “Masazır” yarımstansiyasında həyata keçirilən iməclik və yenidənqurma işləri ilə əlaqədar sentyabrın 17-də elektrik xətləri sifarişə əsasən açılacaq.

 

Bununla əlaqədar olaraq saat 08:00-dan saat 17:00-dək 35 kV-luq kabel hava xəttinin keçdiyi bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.