Baş prokurorluq Tovuzda dönərdən zəhərlənən şəxslərlə bağlı məlumat yayıb.
Qurumdan 7Times.az -a bildirilib ki, oktyabrın 15-də 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
“Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib. Digər zəruri prosessual hərəkətlər icra olunub”, – prokurorluq əlavə edib.
Follow @7timesaz