Ölkə

Bakıda aktyor və xanımı qətlə yetirildi – DİN MƏLUMAT YAYDI

Bakıda aktyor və xanımı qətlə yetirildi – DİN MƏLUMAT YAYDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə paytaxtın Nəsimi rayonu ərazisində ər və arvadı qətlə yetirilib.

Daxili İşlər Nazirliyi (DİN) hadisə ilə bağlı məlumat yayıb.

 

Bildirilib ki, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

 

Hazırda araşdırma aparılır.