Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.
Bu barədə 7Times.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.
Xatırladaq ki, daha öncə AZAL təhlükəsizlik səbəbindən Rusiyanın Qroznı və Maxaçqala da daxil olmaqla, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijni Novqoroq və Vladiqafqaz şəhərlərinə uçuşların dayandırıldığı barədə açıqlama yaymışdı.
Follow @7timesaz