Ölkə

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır.

Bu barədə 7Times.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

25 fevral saat 15:00-dan etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq. Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I – X sinifləri əhatə edəcək. Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır.

Qeyd edək ki, 25 fevral 2025-ci il tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.