Ölkə

Bələdiyyələrdə qadınların təmsilçiliyi 39 faizə yaxınlaşıb

Bələdiyyələrdə qadınların təmsilçiliyi 39 faizə yaxınlaşıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bələdiyyələrdə qadınların təmsilçiliyi 39 faizə yaxınlaşıb.

7Times.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, son dövrlər bələdiyyələrdə qadınların təmsilçiliyi 39 faizə yaxınlaşıb, QHT sektorunda rəhbər vəzifələrdə çalışan qadınların sayı artıb, həmkarlar ittifaqlarında isə onların aktivliyi yüksəlib.

Komitə sədrinin sözlərinə görə, media və rəqəmsal platformalar gender məsələlərinin daha açıq və ictimai müzakirə predmetinə çevrilməsinə şərait yaradıb.

Bahar Muradova qeyd edib ki, bu proses gender bərabərliyi siyasətinin artıq yalnız dövlət səviyyəsində deyil, ictimai şüur səviyyəsində də transformasiya olunduğunu göstərir.