Xaçmaz Rayon İcra Hakimiyyəti və Rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Xaçmaz şəhər Bəybala Rəsulov adına 5 saylı tam orta məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə məktəblilərin əl işlərindən ibarət rəsmlərlə tanış olublar.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova bu günün qeyd edilməsinin əhəmiyyətindən danışıb.
Tədbirdə şagirdlər ana dilimizə həsr edilən şeirlər söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.






