Dünya

İran Silahlı Qüvvələri hədəflərini genişləndirib

İran Silahlı Qüvvələri hədəflərini genişləndiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatların son düşmənçilik hərəkətləri İran Silahlı Qüvvələri üçün qanuni hədəflərin dairəsini genişləndirib.

“Report” “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının nümayəndəsi İbrahim Zülfəkari bildirib.

Onun sözlərinə görə, ABŞ öz hərəkətlərinə görə ağır nəticələr gözləməlidir.

“Cənab Tramp, siz oyunçusunuz, siz bu müharibəni başlaya bilərsiniz, amma onu biz bitirəcəyik”, – nümayəndə vurğulayıb.