Dünya

“SEPAH Xameneini devirmək istəyir” – “Danışıqlar aparılır”

“SEPAH Xameneini devirmək istəyir” – “Danışıqlar aparılır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, İsrailin İrana qarşı hücumunun bu qədər effektli alınmasından sonra İran İslam Keşikçiləri Korpusu(SEPAH) rəhbərliyində kimlərinsə İsraillə və Qərblə əməkdaşlıq etməsinə dair ciddi şübhələr yaranıb. Bu barədə Qərb mətbuatında məlumatlar dərc edilir. İndi isə SEPAH-ın ali dini lider əli Xameneini devirmək istədiyi barədə xarici mediada məlumatlar yayılmağa başlayıb. 

“7Times.az” xəbər verir ki, “Əl-Hədath” telekanalının iddiasına görə, SEPAH-ın yüksək rütbəli məmurları İranın ali lideri Əli Xameneini əvəzləmək üçün danışıqlar aparır.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp da İranda hakimiyyət dəyişikliyinin mümkünlüyünə eyham vurub: “Əgər indiki İran rejimi İranı yenidən böyük etmək iqtidarında deyilsə, o zaman niyə rejimi dəyişdirməyək?”

Bundan əvvəl “The New York Times” xəbər vermişdi ki, Xamenei öləcəyi təqdirdə üç mümkün varisinin adını çəkib.

İsrail tərəfi isə bəyan edib ki, İranda rejim dəyişikliyini qarşısına əsas məqsəd kimi qoymayıb. Ancaq buna baxmayaraq, məlum məsələdir ki, İranda rejim dəyişikliyində və qarışıqlıqda ən çox maraqlı olan elə İsrailin özüdür.

“AzPolitika.info”