ABŞ-nin müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq.
7Times.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında bildirib.
“Diplomatiya keçmişdə işə yaradı və gələcəkdə də işləyə bilər. Lakin diplomatiyaya qayıtmaq üçün təcavüzə son qoyulmalıdır”, – nazir deyib.
Araqçi İsrailin açıq şəkildə diplomatiyaya qarşı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, İran danışıqlar yolu ilə həllə hazırdır: “2015-ci ildə olduğu kimi, danışıqlar yolu ilə həllə mütləq hazırıq”.
Follow @7timesaz