Ölkə

Məhdudiyyətlə və sükutla! – Müzəffər Haciyevin bəhanələri nə zaman bitəcək? – FOTOLAR

Məhdudiyyətlə və sükutla! – Müzəffər Haciyevin bəhanələri nə zaman bitəcək? – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “Azərişıq ASC”-nin Xudat Elektrik Şəbəkəsinin fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi artıq bu komunal şəbəkənin zülmətə qərq olan abonentlərini bəlkə də həyata, yaşama küsdürüb.

Harmonik bir adətə çevrilən qısaqapanmalar artıq o qədər adiləşib kor nizama düşüb ki, indi bu şəbəkənin xidməti ərazisinə aid olan abonentlər qısa müddətli bu qısaqapanmaları bir kənara qoyub günlərlə sürən uzun müddətli uzun qapanmalara etiraz edir. Mümkün olsaydı təbiətin küləyinə, yağışına bir müdaxilə edilmiş olsa, bəlkə də bu problemin həlli elə kökündən kəsirlərdi.

Amma bu mümkün deyil axı…Həyat davam edir, yağış yağır, külək əsir və fəsillər dəyişir. İşıq sönür, işıq qapanır. Qısa qapanma olsada bu zülmət uzun zaman davam edir. Dirəklər daşıya bilmir bu sınıq-salxaq naqilləri. Transformatorlar ayaq üstə güclə durur. Bu istiqamətdə olan giley-güzar artıq heçnəyi dəyişmir.

Dəyişə bilmir. Nə Xudat Elektrik Şəbəkəsinin rəisi Müzəffər Haciyevin işinə olan məsuliyyətini dəyişir, nə də bu sahənin aurasını.

Səyyar vətəndaş qəbullarında ən çox səslənən problemlərdən bəlkə də elə ən birincisi elektriklə bağlı olur. Şəbəkənin elə ayaq üstə ən çox duran varlığı da elə onun rəisi Müzəffər Haciyevdir. Maşallah o vətəndaş qəbulu olmasın ki, onu ayaq üstə, üzü qara görməyək. Məncə bu görüşlərdə o heç əyləşməsə yaxşıdır.

Adamlar səhiyyədən, təhsildən danışmış olsa da, yenə də bir ucu gəlib elektrik enerjisində yaranan fasilələrə bağlanır. Və gözlər yenə ona zillənir, o ayağa qalxır və yenə icra başçısını əsəbləşdirməmək şərti ilə lokanik və mənasız bəhanələr ifadə edir. Növbəti səyyar görüşə qədər isə bu bəhanələr yalnız Müzəffər Haciyevin xidməti ömrünü uzadır.

Onun nəzakətli və həyalı xarakteri də bu zülmətli və bərbad şəbəkənin qarşısında fəxarətlə susur!Məhdudiyyətlə və sükutla!