Xaçmaz şəhər 8 nömrəli məktəb liseyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
“7Times.az” xəbər verir ki,Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin və Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb liseyin birgə təşkilatçılığı ilə 26 Fevral Xocalı faciəsinə həsr olunmuş “Əbədi qayıdış ” adlı tədbir keçirilib.
Tədbirdə1-ci Qarabağ və 44 günlük Vətən müharibəsi, antiterror əməliyyatları iştirakçıları, Xaçmaz rayon İcra Hakimiyyətinin, ictimai birliklərin və təşkilatçı qurumların əməkdaşları, təhsil işçiləri, məktəblilər iştirak ediblər.
Tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Faciə qurbanlarının və vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə mövzu ilə bağlı, Xocalı faciəsinin xronikası, qədim tarixə malik, ərazisində bizim e. ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyəti arxeoloji abidələrinin yerləşdiyi rayonun yandırılıb məhv edilməsi, mülki əhalinin qəddarlıqla qətlə yetirilib, əsir götürülməsi haqqında çıxışlar səslənib. Bu acı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması zəruriliyi vurğulanıb.
Qeyd olunub ki, erməni qəsbkarlarının vəhşiliyi nəticəsində həlak olmuş soydaşlarımızın qisası müzəffər ordumuzun şanlı qələbəsi sayəsində alındı. Artıq torpaqlarımız azad, qayıdışımız əbədidir.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov haqqında film də nümayiş olunub.
Tədbir məktəblilərin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.







