Ölkə

117 restoranda nöqsanlar aşkarlanıb – FOTOLAR

117 restoranda nöqsanlar aşkarlanıb – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax-Tovuz regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 117 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

 

Bu barədə 7Times.az-a AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 7 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 4-ü tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 3-də isə müvafiq tədbirlər görülməkdədir.

 

Sözügedən müəssisələrin siyahısı ilə link vasitəsilə tanış ola bilərsiniz.

117 restoranda nöqsanlar aşkarlanıb - FOTOLAR