“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin (AAYDA) Şabran rayonu üzrə “3 nömrəli Yol İstismar” İdarəsinin keçmiş rəisi Rafiq Kərimov yol-nəqliyyat hadisəsi törədib.
“7Times.az” xəbər verir ki, Rafiq Kərimov ona məxsus “Lexus” markalı avtomobillə Bakı-Quba–Rusiya Federasiyası ilə dövlət sərhədini birləşdirən yeni avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində idarəetməni itirərək aşıb. Hadisə nəticəsində o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Lakin xəstəxanada müayinədən keçirildikdən sonra müalicəsini ev şəraitində davam etdirib. Hadisənin təfərrüatı barədə əlavə məlumat verilmir.
Əldə edilən məlumata görə, Rafiq Kərimov qəza zamanı sərxoş vəziyyətdə olub.
Qeyd edək ki, Rafiq Kərimov bir müddət əvvəl AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun əmri ilə vəzifədən azad edilib. Onun yerinə oğlu Elməddin Kərimov təyin olunub.
Follow @7timesaz