Quba rayonunun Alekseyevka kənd İnzibati Ərazi Dairəsinin Timiryazev kəndində yeni qazlaşdırılan yaşayış massivinə və Əlik kənd İnzibati Ərazi Dairəsinin Qrızdəhnə kəndinə mavi yanacağın verilməsi münasibətilə Timiryazev kəndində tədbir keçirilib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Abasov, Rayon İcra Hakimiyyətinin və Xaçmaz Regional Qaz İstismarı İdarəsinin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.