Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə vətəndaşların fərdi qaydada müraciət və təkliflərini dinləyib.
Qəbulda əvvəlcədən müraciət etmiş sakinlər iştirak ediblər.
Müraciətlər məşğulluq, əlillik dərəcəsinin müəyyən edilməsi, torpaq sahəsinin sənədləşdirilməsi, yolların təmiri və digər sosial məsələləri əhatə edib.
Səsləndirilən müraciətlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan məsələlər isə müvafiq qurumlara yönləndirilib.



