Kriminal

Xaçmazda karantində işləyən gözəllik salonu aşkarlandı

Xaçmazda karantində işləyən gözəllik salonu aşkarlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda karantin qaydalarını pozaraq fəaliyyət göstərən gözəllik salonu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan 7times.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin qaydaları pozaraq gizli şəkildə fəaliyyət göstərən gözəllik salonu aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb və salonda çalışan dörd işçi barədə inzibati qaydada tədbirlər görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.